AZ

Qubada maşın piyadanı vurub öldürdü

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qubada piyada ölümü ilə nəticələnən qəza baş verib.

"Unikal" xəbər verir ki, hadisə dekabrın 17-si saat 23 radələrində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Quba rayonu İkinci Nügədi kənd sakini Ömərov Murad Elşən oğlu idarə etdiyi avtomobillə kənddə hərəkətdə olan zaman yolun kənarında olan 1976-cı il təvəllüdlü piyada Əliyev Saleh Hacıəli oğlunu vuraraq ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib.

Faktla bağlı Quba RPŞ-nin İstintaq bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
5
unikal.az

10Mənbələr