Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyanın dörd şəhərində - Kursk, Nijni Novqorod, Tümen və Samarada 2026-cı il yanvarın 1-dən etibarən hotel biznesi üçün turist vergisi tətbiq olunacaq.
Redaktor.az bu barədə Rusiya mətbuatına istinadla məlumat verir.
Bildirilir ki, ayrıca turist vergisinin tətbiqi yerli büdcələrin gəlirlərini artırmağa və əldə olunan vəsaitin turizm infrastrukturunun inkişafına yönəldilməsinə imkan verəcək. Verginin dərəcəsini isə hər region müstəqil şəkildə müəyyən edəcək. Məsələn, Nijni Novqorodda turist vergisi iki faiz, Samarada isə bir faiz olacaq.
Nijni Novqorod Şəhər Dumasının iqtisadiyyatın inkişafı, sahibkarlıq və turizm üzrə daimi komissiyasının sədri Sergey Plyaskin bildirib ki, şəhər hər il milyonlarla qonaq qəbul edir və onlara müxtəlif imkanlar təqdim olunur. Onun sözlərinə görə, turistlərin infrastrukturun dəstəklənməsinə kiçik töhfə verməsi gələcəkdə turistlər üçün daha çox layihənin reallaşdırılmasına şərait yaradacaq.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.