AZ

İkinci qol gəlmədiyinə görə gərginlik sonadək səngimədi

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

1-ci Liqanın 11-ci turunda Şamaxıda "Şimal"ın qonağı olan "Baku Sportinq" 1:0 hesabı ilə məğlub oldu.

Qonaqların məşqçisi Röyal Nəcəfov oyundan sonra fikirlərini Fanat.Az-a bölüşdü:

"Oyundan öncə də bildirmişdim ki, oyun bizim üçün asan olmayacaq. Son pillədə yer alan komandalar hər zaman xal üçün döyüşürlər. İlk 15 dəqiqədə 2-3 real qol imkanı yaxslasaq da, dəyərləndirə bilmədik. Daha sonra hesabı açdıq. Belə matçlarda ikinci qolu vurmaq vacibdir ki, müəyyən mənada rahat oynayasan. Bir neçə dəfə dirək fərqi artırmağımıza mane oldu. Lakin ikinci qol gəlmədiyinə görə gərginlik sonadək səngimədi. Sevindirici hal budur ki, qalib gəlib hesabımıza 3 xal əlavə etdik".

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
fanat.az

2Mənbələr