Marşal Adaları dünyada vətəndaşları üçün qeyd-şərtsiz əsas gəlir tətbiq edən ilk ölkə olub.
Publika.az "The Guardian"a istinadən xəbər verir ki, proqram çərçivəsində respublikanın bütün sakinləri hər 3 aydan bir təxminən 200 dollar alacaq.
Hakimiyyət orqanları ümid edir ki, bu tədbir yoxsulluğun azaldılmasına kömək edəcək.
Vətəndaşlar vəsaiti almaq üsulunu da seçə bilərlər: bank hesabına yatırılan çek və ya hökumət tərəfindən dəstəklənən rəqəmsal cüzdan vasitəsilə kriptovalyuta almaq mümkündür.
Sakinlərə ilk ödənişlər noyabr ayının sonunda edilib.