AZ

Polşa piyada əleyhinə minaların istehsalını bərpa edir

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Polşa Soyuq müharibə dövründən sonra ilk dəfə piyada əleyhinə minaların istehsalını bərpa etməyi planlaşdırır.

APA xəbər verir ki bu barədə "Reuters" agentliyinə Polşanın müdafiə nazirinin müavini Pavel Zalyevski məlumat verib.Onun sözlərinə görə, minaların ölkənin şərq sərhədi boyunca yerləşdirilməsi, eləcə də mümkün ixrac istiqamətləri arasında Ukraynanın yer alması nəzərdən keçirilir.

“Qısa müddət ərzində böyük həcmdə mina əldə etməkdə maraqlıyıq”, – deyə o, agentliyə bildirib.

Zalyevski qeyd edib ki, piyada əleyhinə minalar Polşanın Belarusla və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədlərinin möhkəmləndirilməsini nəzərdə tutan “Şərq qalxanı” adlı müdafiə proqramının tərkib hissəsi olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
2
apa.az

3Mənbələr