AZ

3-cü liqa komandası matçın sonlarında "Real"a 2 qol vurdu

"Real Madrid" İspaniya Kubokunun 1/16 final mərhələsində bu gecə 3-cü liqa təmsilçisi "Talavera-de-la-Reyna" ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, oyun yetərincə gərgin alınıb.

Hesabı matçın 41-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Kilian Mbappe açıb. İlk yarıya əlavə olunan dəqiqədə meydan sahiblərinin müdafiəçisi Manuel Farrando topu öz qapılarından keçirib. 80-ci dəqiqədə aşağı divizion komandasının forvardı Nauel Arroyo hesab arasındakı fərqi azaldıb. Final fitinə yaxın (88-ci dəqiqədə) Mbappe dublunu rəsmiləşdiribsə, 90+1-də "Real" qapısında daha bir qol görüb.

Beləliklə, İspaniya nəhəngi layiqli müqavimətlə qarşılaşsa da, 1/8 finala adlaya bilib.

Xatırladaq ki, İspaniya Kubokunun son qalibi "Barselona"dır.

Nihat

Seçilən
29
fanat.az

1Mənbələr