AZ

Kondisioner yaşlılarda ölüm riskini azaldır Yeni araşdırma

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kanadalı alimlərin araşdırmasına görə, kondisioner istifadə edən yaşlı insanlar isti havalarda daha uzun yaşayır. Tədqiqat 2010-2023-cü illər arasında qocalar evlərində 74.000 ölüm hadisəsini analiz edib.

Milli.Az xəbər verir ki, nəticələr göstərib ki, kondisioner olmayan evlərdə həddindən artıq istilər zamanı ölüm halları 11% artarkən, kondisionerli evlərdə bu artım cəmi 3% olub. Başqa sözlə, kondisioner istifadəsi ölüm riskini təxminən 7% azaldır.

Alimlər bildiriblər ki, sabit daxili temperatur yaşlı insanların termorequlyasiya sistemini qoruyur və həddindən artıq istiliyin ürək-damar sisteminə yaratdığı stresin qarşısını alır. Araşdırmada həmçinin, kondisioner olan evlərdə sakinlərin orta ömrü 87,2 il, olmayan evlərdə isə 86,8 il olduğu aşkar edilib.

Nəticə olaraq, kondisioner istifadəsi sadəcə rahatlıq deyil, yaşlı insanlar üçün can təhlükəsini azaldan həyati əhəmiyyətli bir amil kimi qiymətləndirilir.

Fidan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
news.milli.az

10Mənbələr