AZ

Rusiya və ABŞ rəsmiləri Mayamidə görüşə bilərlər

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya və ABŞ nümayəndələri Ukrayna məsələsi ilə bağlı danışıqları həftəsonu Mayami şəhərində keçirə bilərlər.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, tərəflər Ukraynadakı müharibə ilə bağlı mövqeləri müzakirə etmək üçün qeyri-rəsmi formatda görüş keçirməyi planlaşdırır.

Qeyd olunur ki, Rusiya nümayəndə heyətinə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, eyni zamanda Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxil olacaq.

ABŞ tərəfini isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
50
axar.az

10Mənbələr