Maduro BMT Baş katibinə şikayət edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Prezident Trampın Venesuela nefti ilə bağlı iddialarını “qəbuledilməz” adlandırıb.
Məlumata görə, Venesuela prezidenti Nikolas Maduro BMT Baş katibi Antonio Quterreşlə ABŞ tərəfindən ölkəsinə qarşı səsləndirilən təhdidləri müzakirə edib.
Maduro Quterreşin diqqətini Donald Trampın son ictimai bəyanatlarına yönəldib.
O bildirib ki, Tramp qəbuledilməz formada Venesuelanın nefti, təbii sərvətləri və ərazisinin ona məxsus olduğunu iddia edib.
Venesuela lideri vurğulayıb ki, bu cür bəyanatlar BMT sistemi tərəfindən qətiyyətlə rədd edilməlidir.
Çünki bu fikirlər ölkənin suverenliyinə, beynəlxalq hüquqa və sülhə birbaşa təhdid yaradır.
Xuraman Etibarlı
İnterpress.az