ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Peşəkar Futbol Liqası və “Misli”nin təşkilatçılığı ilə idman jurnalistləri arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib. 60-dan çox media nümayəndəsinin qatıldığı turnir maraqlı və yaddaqalan alınıb. Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzində baş tutan yarışda komandalara Azərbaycan premyer-liqasının 2025/26 mövsümündə iştirak edən 12 komandanın adı verilib. Tam Azərbaycan futboluna həsr olunan suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib. Belə ki, qalib “qızıl oyun”da müəyyənləşib. Yekunda "Sumqayıt" komandası qalib, "Sabah" ikinci, "Kəpəz" üçüncü olub.Tədbirin sonunda çempion "Sumqayıt" komandasına kubok və medallar təqdim edilib. Turnirdə qaliblə yanaşı, ikinci və üçüncü yerin sahibləri də pul mükafatı qazanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.