Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Bəzən sistit qorunmalı cinsi əlaqədən sonra da yarana bilər. Bunun səbəbi allergiya, selikli qişanın zədələnməsi və ya gigiyena qaydalarına tam əməl olunmaması ola bilər"
Milli.Az xəbər verir ki, bu barədə uroloq Sergey Korolev məlumat verib.
Onun sözlərinə görə uzun və ya intensiv cinsi əlaqə zamanı sidik yollarının selikli qişası zədələnə bilər. Həmçinin bəzi qoruyucu vasitələrin tərkibində olan maddələr allergik reaksiya yarada bilər.
Həkim bildirib ki, əsas səbəb hər zaman bakteriyalardır. Xüsusilə bağırsaq çöpləri (E. coli) sistitin yaranmasında əsas rol oynayır. Bu bakteriyalar normalda dəridə az miqdarda olur və problem yaratmır. Amma allergiya və ya zədələnmə zamanı bakteriyalar üçün əlverişli şərait yaranır və iltihab başlaya bilər.
Statistikaya görə, sistit daha çox qadınlarda müşahidə olunur. Qadınların təxminən 60%-i həyatında ən azı 1 dəfə bu problemlə üzləşir. Kişilərdə isə bu xəstəlik 8 dəfə daha az rast gəlinir. Bu da qadınların sidik kanalının daha qısa və geniş olması ilə əlaqədardır.
Həkim qeyd edib ki, cinsi əlaqədən sonra gigiyenaya diqqət yetirmək və uyğun qoruyucu vasitələr seçmək sistit riskini azalda bilər.
İsmayıl
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.