Türkiyədə narkotik istintaqı çərçivəsində həbs edilən “Habertürk”ün keçmiş baş redaktoru Mehmet Akif Ersoyla bağlı növbəti iddia gündəmə gəlib.
Publika.az xəbər verir ki, M. Akif Ersoyun narkotik testinin müsbət çıxaraq həbs olunmasının ardınca “Habertürk” kanalının sabiq aparıcısı Nur Köşker də həmkarı Tuğçe Acar kimi M. Akif Ersoy tərəfindən qeyri-etik davranış və qısnama ilə üzləşdiyini açıqlayıb.
Onun sözlərinə görə, telekanalda çalışdığı müddətdə Mehmet Akif Ersoy tərəfindən sistemli şəkildə təzyiq görüb və bu səbəbdən ciddi sağlamlıq problemləri yaşayaraq, Türkiyəni tərk etmək məcburiyyətində qalıb:
“Ona görə bunu indi açıqlayıram ki, belə bir mühitdə insan resurslarına müraciət etsəydim, başıma nələrin gələcəyini təsəvvür etmək çətin deyil. Susmağı, sakit şəkildə istefa verib getməyi seçdim. Ta ki, bu məsələlər mənim adım da çəkilməklə üzə çıxana qədər”.
Onun sözlərinə görə, “Habertürk”də işləməyə başladıqdan bir neçə ay sonra qısnama xarakterli mesajlar alıb: