AZ

Fon der Lyayen: Rusiya Avropanın təhlükəsizliyinə təhdid yaradır...

Aİ Komissiyasının sədri Rusiyanın hərbi iqtisadiyyatını birbaşa risk adlandırıb...

Poliqon xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen X sosial şəbəkəsində paylaşım edərək Rusiyanın milli və iqtisadi təhlükəsizlik baxımından Avropa ölkələri üçün ciddi təhdid yaratdığını bəyan edib.

Onun sözlərinə görə, Rusiya təkcə Ukraynanı hədəf almır və Moskvanın tammiqyaslı hərbi iqtisadiyyata keçidi Avropanın təhlükəsizlik arxitekturası üçün birbaşa risk mənbəyinə çevrilib. Fon der Lyayen eyni zamanda Rusiyaya məxsus aktivlərin müddətsiz şəkildə dondurulmasının vacibliyini vurğulayıb.

Rusiya təkcə Ukraynanı hədəf almır. Onun tammiqyaslı hərbi iqtisadiyyatı bizim milli və iqtisadi təhlükəsizliyimiz üçün birbaşa təhdiddir, deyə Avropa Komissiyasının sədri qeyd edib.

Bununla yanaşı, çərşənbə günü Rusiya prezidenti Vladimir Putin Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı səsləndirilən iddiaları tam cəfəngiyyat və yalan adlandırıb. O, Avropa siyasətçilərini isteriyanın səviyyəsini süni şəkildə artırmaqda ittiham edib və bildirib ki, Avropada insanlara Rusiya ilə qaçılmaz toqquşma qorxusu təlqin olunur.

Putinin sözlərinə görə, bu cür bəyanatları səsləndirən şəxslər, görünür, öz məsuliyyətlərini unudublar. Rusiya prezidenti əlavə edib ki, Moskva hətta ən mürəkkəb şəraitdə belə ziddiyyət və münaqişələrin diplomatik yollarla həllinə üstünlük verməyə çalışır.

Poliqon.info

Seçilən
107
47
poliqon.info

10Mənbələr