AZ

BMT baş katibi Venesuela lideri Maduro ilə telefon danışığı aparıb

Antonio Quterreş Maduro ilə Venesuela ətrafındakı gərgin vəziyyəti müzakirə edib...

BMT-nin baş katibi Antonio Quterreş Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.

Poliqon xəbər verir ki, u barədə TASS Agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Venesuela ətrafında və ümumilikdə regionda yaranmış gərgin vəziyyəti müzakirə ediblər. Danışıq zamanı beynəlxalq hüququn prinsiplərinə əməl olunmasının vacibliyi xüsusi vurğulanıb.

Bəyanatda qeyd olunub ki, söhbət zamanı BMT baş katibi təşkilatın üzv dövlətlərin beynəlxalq hüquqa riayət etməsi və regional sabitliyin qorunması naminə gərginliyin azaldılması zərurəti ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Xatırladılır ki, noyabrın sonunda ABŞ prezidenti Donald Tramp Venesuela və onun ətrafı üzərində hava məkanının aviaşirkətlər, narkotik alverçiləri və insan alveri ilə məşğul olan şəbəkələr üçün bağlandığını elan edib. Müvafiq açıqlama ABŞ-nin Karib hövzəsində hərbi qüvvələrini gücləndirməsi fonunda səsləndirilib.

Eyni zamanda, The Washington Post qəzeti ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Venesuela ətrafındakı ərazilərdə daimi patrul uçuşları həyata keçirdiyini yazıb. Amerika KİV-ləri dəfələrlə bildiriblər ki, Vaşinqtonun yaxın vaxtlarda Venesuelaya qarşı hərbi zərbələr endirməsi ehtimalı istisna olunmur və regionda vəziyyət son dərəcə həssas olaraq qalır.

Poliqon.info

Seçilən
125
poliqon.info

1Mənbələr