| №-si | Tədbirin adı | İcraçı orqanlar | İcra müddəti |
| 1. | Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet olan sahələrə aid ixtisaslar üzrə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili | Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2025-2030 |
| 2. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2026-2030 |
| 3. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2025-2030 |
| 4. | Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi çərçivəsində elmi- tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2026-2030 |
| 5. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilən əcnəbi və yerli professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və tədris prosesinin nəticələrinin qiymətləndirilməsi | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | mütəmadi |