Sea Breeze
Marsol Group partnyoru Abşeron Ticarət Mərkəzinin tərkibində fəaliyyət göstərən “Abşeron Mall”un açılış mərasimi baş tutub. Tədbirdə 200-dək Marsol Group partnyoru iştirak edib.Açılış mərasimində Abşeron Ticarət Mərkəzinin İdarə Heyətinin sədri Araz Rəhimov çıxış edərək mərkəzin konsepsiyası, gələcək inkişaf planları, eləcə də “Abşeron Mall”un regionun ticarət və sosial həyatına verəcəyi töhfələr barədə ətraflı məlumat verib. O bildirib ki, “Abşeron Mall” müasir infrastruktur, geniş ticarət imkanları və rahat mühit təqdim etməklə həm sahibkarlar, həm də müştərilər üçün cəlbedici məkan olacaq.Tədbirdə həmçinin Marsol Group-un təsisçisi Tural Mustafayev çıxış edərək yeni ticarət məkanının açılışını ölkədə biznes ekosisteminin inkişafı baxımından əhəmiyyətli addım kimi qiymətləndirib. O, Marsol Group-un partnyorları ilə birgə belə layihələrin dəstəklənməsinin önəmini vurğulayıb və “Abşeron Mall”a gələcək fəaliyyətində uğurlar arzulayıb.Rəsmi hissədən sonra qonaqlar üçün coffee break təşkil edilib. İştirakçılar “Abşeron Mall”la yaxından tanış olub, ticarət mərkəzində yaradılan şərait və imkanlar barədə məlumat əldə edərək səmərəli ünsiyyət və fikir mübadiləsi aparıblar.“Abşeron Mall” müasir ticarət, xidmət və istirahət imkanlarını bir araya gətirərək regionun iqtisadi və sosial inkişafına töhfə verməyi hədəfləyir.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX