AZ

Gələn ildən təqaüdlər artırılacaq- ŞAD XƏBƏR

Ajans.az  xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gələn il tələbə təqaüdlərində artım ehtimalı var. Onun sözlərinə görə, təqaüdlərin təqribən 8–10 faiz artırılması gözlənilə bilər: “Tələbələrə verilən təqaüdlər indeksləşdirilir. Bu indeksləşmə orta aylıq əmək haqqının artım tempinə uyğun aparılır. Orta aylıq əmək haqqının artım tempi isə il ərzində təxminən 9 faizə yaxın olur. Buna görə də təqaüdlərin də bu səviyyədə indeksləşdirilməsi mümkündür”.

Ekspertin fikrincə, belə bir artım baş verərsə, bu, artan yaşayış xərcləri fonunda tələbələrin maliyyə yükünün qismən də olsa azaldılmasına töhfə verə bilər.(Konkret.az)

Seçilən
79
11
Ajans.az

10Mənbələr