ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları erməni mediasında ciddi rezonans doğurub. Onun xüsusən Ermənistanla sərhədlərin açılması istiqamətində “mümkün simvolik addımlar”la bağlı fikirləri müəyyən suallar doğurub.
Bu “simvolik addımlar” nədən ibarətdir?
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması gündəmə gəlib:
“Oxşar proses 2009-cu ildə də baş vermiş, Sürix protokollarının imzalanması ilə nəticələnmişdi. Lakin Azərbaycanın kəskin etirazından sonra Türkiyə həmin addımdan geri çəkilmişdi.
Başqa sözlə, Azərbaycan–Ermənistan münasibətləri normallaşmadan Türkiyə–Ermənistan münasibətlərinin normallaşması mümkün deyil. Prezident Rəcəb Tayyib Ərdoğan da son çıxışında bunu açıq şəkildə bəyan etdi və bu proseslərin paralel şəkildə irəliləyəcəyinə diqqət çəkdi. Azərbaycan və Ermənistan arasında 2026-cı ildə sülh müqaviləsinin imzalanacağına dair ümidlər var və Ərdoğan da bunu ifadə edib”.
Şəhla Cəlilzadə
Ş.Cəlilzadənin sözlərinə görə, Türkiyə rəsmiləri sərhədlərin yalnız sülh müqaviləsi kontekstində açıla biləcəyini bəyan edirlər:
“Müəyyən simvolik addımların atılması mümkündür. Məsələn, Azərbaycanın Ermənistana “taxıl dəhlizi” yaratması buna nümunədir. Eyni qaydada üçüncü ölkə vətəndaşları və tranzit daşımalar üçün Türkiyə ilə Ermənistan arasında əlaqələr bərpa oluna bilər”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.