ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.
2025-ci ilin yanvar-noyabr aylarında Qazaxıstan iqtisadiyyatının artımı 6,4% təşkil edib. Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Milli İqtisadiyyat naziri Serik Jumangarin hökumət iclasında məlumat verib.Nazir bildirib ki, artımın əsas hərəkətverici qüvvələri 7,3%-dən 7,4%-ə qədər sürətlənən sənaye sektoru və 6,1% irəliləyən kənd təsərrüfatı olub. Nazirliyin məlumatına görə, real iqtisadiyyatın digər sektorları da sabit inkişaf nümayiş etdirir.Nazir diqqətə çatdırıb ki, iqtisadiyyat xarici şəraitə uyğunlaşıb və davamlı inkişaf yoluna qədəm qoyub. Bu dövr ərzində maşınqayırma sənayesi də 5,9% artıb. Onun istehsal həcmində isə 11,6% artım qeydə alınıb. Hesabat dövründə qida istehsalı 8,7%, kimya sənayesi 8,1%, neft emalı isə 6,5% artıb.Cavid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.