AZ

Starmer Abramoviçdən milyardlarını Ukraynaya verməsini istəyir

Böyük Britaniyanın Baş naziri Kir Starmer iş adamı Roman Abramoviçdən Ukraynaya 2,5 milyard funt sterlinq köçürməsini tələb edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya Baş naziri Keir Starmer İcmalar Palatasında çıxış edərək bildirib ki, Roman Abramoviç "Çelsi" Futbol Klubunun satışından əldə edilən gəliri buraxmalı və ya məhkəməyə müraciət etməlidir.

Starmer vurğulayıb ki, Böyük Britaniyanın sanksiyaları altında olan oliqarxın vəsaiti Ukrayna üçün yeni fonda köçürüləcək və transfer lisenziyasının verilməsi Abramoviçin məhkəməyə müraciət etməzdən əvvəl son şansıdır.

"Vaxt azalır və Roman Abramoviç "Çelsi" Futbol Klubunu satarkən verdiyi vədi yerinə yetirməli və Ukraynanın humanitar ehtiyaclarına 2,5 milyard funt sterlinq köçürməlidir. Bu hökumət məhkəmələr vasitəsilə bu vədi yerinə yetirməyə hazırdır və hər qəpiyin Putinin qanunsuz müharibəsi nəticəsində həyatını viran qoymuş insanlara çatmasını təmin edir", - deyə Starmer bildirib.

Seçilən
121
unikal.az

1Mənbələr