Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Son beş mövsümdə ən çox oyun dəqiqəsi toplayan futbolçuların reytinqi açıqlanıb.
QOL.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) məlumat paylaşıb. Belə ki, siyahıya Braziliyanın "Palmeyras" klubunun mərkəz müdafiəçisi Qustavo Qomes başçılıq edir. Paraqvaylı futbolçu klubda və milli komandada ümumilikdə 28 194 dəqiqə meydanda olub.
Siyahıda yer alan digər futbolçuların ilk 10-luğu isə belədir:
Qustavo Qomes ("Palmeyras"/Paraqvay millisi) - 28 194 dəqiqə
Brunu Fernandeş ("Mançester Yunayted"/Portuqaliya millisi) - 27 634
Nikolas Otamendi ("Benfika"/Argentina millisi) - 26 791
Harri Keyn ("Tottenhem"/"Bavariya"/İngiltərə millisi) - 25 680
Deklan Rays ("Vest Hem"/"Arsenal"/İngiltərə millisi) - 25 351
Kilian Mbappe ("PSJ"/"Real"/Fransa millisi) - 25 199
Junior Alonso ("Krasnodar"/"Atletiko Mineyro"/Paraqvay millisi) - 25 039
Hans Vanaken ("Brügge"/Belçika millisi) - 24 965
Coşua Kimmiç ("Bavariya"/Almaniya millisi) - 24 575
Marlon ("Atletiko Qoyaniense"/"Botafqo") - 24 558
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.