ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ təmsilçisi "İnter Mayami" hücumçusu Luis Suaresin müqaviləsinin müddətini uzadıb.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı uruqvaylı futbolçunun yeni sözləşməsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.
"İnter Mayami" və Luis Suares arasında mövcud sözləşmənin müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, Suares 2024-cü ildə "İnter Mayami"yə keçib. Bu mövsüm o, klubda 32 oyuna çıxaraq 10 qol vurub və 10 məhsuldar ötürmə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.