AZ

Putin “Prostokvaşino”nun qəhrəmanı oldu

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putinin məşhur “Prostokvaşino” cizgi serialında obraz kimi yer alacağı məlum olub.

Bu barədə RBC portalı məlumat yayıb.

Nəşrin əldə etdiyi kadrlarda Vladimir Putin “Prostokvaşino”nun əsas personajları – “Dayı Fyodor”, “Matroskin”, “Şarik”, “Poçtalyon Peçkin” və digər qəhrəmanlarla birlikdə təsvir olunub.

Məlumata görə, Putinin cizgi serialında obraz kimi yer alacağı barədə açıqlama daha əvvəl Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Soyuzmultfilm” studiyasının Direktorlar Şurasının sədri Yuliana Slaşçeva tərəfindən verilmişdi.

Qeyd edək ki, “Prostokvaşino” cizgi serialı 2018-ci ildən yayımlanır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
7
cebheinfo.az

10Mənbələr