AZ

“Barselona”nı tərk etmək istəmədi

[b]Tyaqo Alkantara klubuna sadiqlik nümayiş etdirib./b]

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın məşqçisi “Levante”ni çalışdırmaq imkanından imtina edib. İspaniya mətbuatının məlumatına görə, Xulian Kaleronun istefasından sonra təcili olaraq yeni məşqçi axtaran “Levante” rəhbərliyi Alkantaraya təklif göndərib. Lakin mütəxəssis klubun dəvətini rədd edib.

Alkantara sentyabr ayından “Barselona”da Hans-Diter Flikin köməkçisi vəzifəsində çalışır. Sabiq yarımmüdafiəçi alman mütəxəssislə fəal şəkildə məşq proseslərinə qatılır. O, əsas komandanın məşq prosesinin taktiki aspektlərinə və hazırlığına cavabdehdi.

Seçilən
134
1
football-plus.az

2Mənbələr