AZ

Sumqayıtda mənzillər 50 faizə yaxın BAHALAŞDI

Sumqayıtda mənzillərin qiyməti kəskin bahalaşıb.

Publika.az xəbər verir ki, şəhər sakinləri xüsusilə köhnə tikililərdə ikiotaqlı mənzillərin qiymətlərinin 80-90 min manata çatmasından şikayətlənirlər.

“Sumqayıt hara, 2 otaqlı mənzilin 85-90 min manata olması hara?! Yeni tikililərin qiymətindən isə ümumiyyətlə, danışmaq olmur. Orta aylıq əməkhaqqının 400-500 manat olduğu Sumqayıtda bu qiymətlər əksəriyyət üçün əlçatan deyil”, - deyə vətəndaşlara biri sosial şəbəkədə bildirib.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlakın bahalaşması təkcə Sumqayıtla məhdudlaşmır:

“Bakı da daxil olmaqla, ölkə üzrə daşınmaz əmlak bahalaşıb. Sumqayıt da Bakıya yaxın olduğu üçün bəzi müştərilər artıq Bakıda ev ala bilmədiyinə görə Sumqayıta üz tuturlar”.

Seçilən
57
5
publika.az

6Mənbələr