AZ

FIFA DÇ 2026 iştirakçılarına rekord məbləğdə mükafat VERƏCƏK

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

FIFA Şurası 2026-cı il dünya çempionatı iştirakçılarına rekord məbləğdə - 727 milyon dollar mükafat ödənişini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, qarşıdan gələn turnirin mükafat fondu 2022-ci ildə Qətərdə keçirilən yarışın mükafat fondundan 50% çox olacaq.

Mükafat çempionatda iştirak edən hər bir komandaya veriləcək. Turnirin qalibi 50 milyon dollar, gümüş medalçı 33 milyon dollar, üçüncü yeri tutan komanda isə 29 milyon dollar qazanacaq. 33-cü yerdən 48-ci yerə qədər olan komandaların hər biri 9 milyon dollar alacaq.

Həmçinin mükafatdan əlavə, hər bir seçmə komanda təlim xərclərini qarşılamaq üçün 1.5 milyon dollar vəsait əldə edəcək.

Xatırladaq ki, 2026-cı il dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
50
redaktor.az

10Mənbələr