AZ

Kubarsi “Barselona” tarixinə düşüb

Bakı. Trend:

“Barselona” İspaniya Kubokunun 1/16 final mərhələsinin səfəroyununda “Qvadalaxara”nı 2:0 hesabı ilə məğlub edib.

Trend xarciKİV-ə istinadən xəbər verir ki, bu görüşdə “blauqrana”nınmüdafiəçisi Pau Kubarsi də iştirak edib. Bu, ispaniyalı futbolçununKataloniya klubunun forması altında keçirdiyi 100-cü oyun olub.

Beləliklə, Pau “Barselona” tarixində klubun heyətində 100 matçkeçirən ikinci ən gənc futbolçuya çevrilib. Qarşılaşma zamanı onunyaşı 18 il 10 ay 24 gün olub.

Bu göstərici üzrə rekord vinger Lamin Yamala məxsusdur. O,100-cü oyununu 17 il 9 ay 17 gün yaşında keçirib. İlk üçlüyü Qavitamamlayır – 19 il 2 ay 24 gün.

Məqalədə:
Seçilən
60
4
az.trend.az

5Mənbələr