Ümumdünya Səhiyyə Təşkilatı psixi sağlamlıq problemləri və qeyri-infeksion xroniki xəstəliklərin dünya üzrə səhiyyə sistemləri üçün ciddi təhlükə yaratmaqda davam etdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, təşkilatın hesabatına görə, ürək-damar xəstəlikləri, diabet, xərçəng və depressiya qlobal ölüm və əlillik hallarının əsas səbəbləri sırasında yer alır.
ÜST bildirir ki, bir çox ölkələrdə psixi sağlamlıq xidmətlərinə ayrılan maliyyə kifayət etmir və bu da erkən diaqnostika və müalicə imkanlarını məhdudlaşdırır. Təşkilat dünya hökumətlərini profilaktik tədbirlərə, ictimai maarifləndirməyə və səhiyyə sistemlərinin dayanıqlığının artırılmasına çağırıb.
Qeyd olunub ki, 2030-cu ilə qədər psixi sağlamlıq və xroniki xəstəliklərlə mübarizə qlobal inkişaf məqsədlərinin əsas istiqamətlərindən biri olacaq.
Xədicə BAXIŞLI