AZ

Xəzər regionunda "vahid pəncərə" sisteminin işə salınması planlaşdırılır

Bakı. Trend:

Xəzər dənizi limanlarında "Maritime Single Window " (DənizDaşımaları üçün Vahid Pəncərə Sistemi) təşəbbüsünün işə salınmasıplanlaşdırılır.

Trend-in"TRACECA"ya istinadən verdiyi məlumata görə, bu barədə Aktauşəhərində keçirilən "Caspian Ports and Logistics 2025" beynəlxalqsərgi və konfransı çərçivəsində, “Orta Dəhliz: 2025-ci ildə Aktauqovşağının nailiyyətləri və 2026-cı il üçün perspektivlər” adlısessiyada bildirilib.

"Maritime Single Window" – dəniz daşımaları üçün prosedurlarısadələşdirən və liman əməliyyatlarında şəffaflığı artıran elektron“vahid pəncərə” sistemidir.

Məlumatda qeyd olunur ki, sessiya zamanı "TRACECA"nın RəqəmsalKonsepsiyasına, Rəqəmsallaşma üzrə İşçi Qrupunun fəaliyyətinə,həmçinin kağızsız daşımaların inkişafına və iştirakçı dövlətlərarasında elektron məlumatların qarşılıqlı tanınmasına yönəlmişelektron sənədlərin tətbiqi üzrə Saziş layihəsinin hazırlanmasınaxüsusi diqqət yetirilib.

Eyni zamanda, dəniz daşımalarında prosedurların sadələşdirilməsivə şəffaflığın artırılması baxımından mühüm alət kimi Xəzər dənizilimanlarında "Maritime Single Window" təşəbbüsünün işə salınmasıplanları da vurğulanıb.

Qeyd olunur ki, sessiya çərçivəsində iştirakçılar Aktaulimanının 2025-ci ildə əldə etdiyi nailiyyətləri, konteynerburaxılış qabiliyyətinin artırılması üzrə planları, liman vəgəmiçilik proseslərinin idarə olunmasında müasir sistemlərintətbiqini, eləcə də beynəlxalq maliyyə institutları və biznesictimaiyyətinin iştirakı ilə Orta Dəhliz çərçivəsində əməkdaşlığındaha da möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər.

Məlumata görə, tədbirin əsas məqsədi Avropa, Qafqaz və Asiyaarasında dayanıqlı multimodal əlaqələrin inkişafına töhfə vermək,dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor arasındaqarşılıqlı əlaqəni gücləndirmək, həmçinin Orta Dəhliz marşrutlarıüzrə liman infrastrukturu, logistika prosesləri və transsərhəddaşımaların səmərəliliyinin artırılması sahəsində təcrübəmübadiləsini təşviq etmək olub.

Müzakirələr zamanı limanların modernləşdirilməsi, nəqliyyatproseslərinin rəqəmsallaşdırılması, beynəlxalq standartlarıntətbiqi və Xəzər marşrutlarının rəqabət qabiliyyətinin artırılmasıməsələlərinə xüsusi diqqət yetirilib.

Sessiya çərçivəsində məruzə ilə çıxış edən "TRACECA"nın Başkatibi Asset Assavbayev proqramın nəqliyyat əlaqələrinininkişafında mühüm təcrübəyə malik olduğunu qeyd edib və"TRACECA"nın "Baza Çoxtərəfli Sazişi"nin dəhlizin fəaliyyətininhüquqi əsası kimi əhəmiyyətini vurğulayıb.

Baş katib iştirakçıları təşkilatın cari prioritetləri, ocümlədən "TRACECA" Strategiyası və Fəaliyyət Planının icrası, limanvə multimodal infrastrukturun inkişafı, həmçinin nəqliyyat vəlogistika proseslərinin rəqəmsal transformasiyası üzrətəşəbbüslərin irəlilədilməsi barədə məlumatlandırıb.

Xatırladaq ki, Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən vəregionun bir sıra ölkələrindən keçən nəqliyyat-ticarət marşrutudur.Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ hesabolunur.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonraXəzər dənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni əhatə edərəkAvropaya çıxır. Orta Dəhliz daha uzun dəniz yollarını yan keçənquru marşrutudur və Asiyanın şərq bölgələrini, o cümlədən ÇiniAvropa ilə birləşdirir.

Məqalədə:
Seçilən
96
3
az.trend.az

4Mənbələr