Moskva şəhərində 17 yaşlı məktəbli, TikTok-da izlədiyi bir videoya əsaslanaraq hemoglobin səviyyəsini artırmaq məqsədilə öz qanını içib. Lakin cəhd uğursuz olub və yeniyetmənin vəziyyəti pisləşib.
Publika.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, gənc oğlan videoda hemoglobin səviyyəsinin artırılması üçün qan içməyin faydalı olacağı iddia edilən məsləhətə əməl edib. Lakin qısa müddət sonra onun vəziyyəti pisləşib, qan qusması və yüksək temperatur müşahidə olunub.