AZ

Avropa Parlamenti Rusiyadan qaz alışının dayandırılmasını təsdiqləyib



Avropa Parlamenti (AP) 2027-ci ilin payızına qədər Avropa İttifaqı (AB) ölkələri tərəfindən Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalına mərhələli şəkildə son qoyulmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında Aİ-nin Rusiyadan təbii qaz alışını tədricən dayandırmaq üçün hazırlanmış qanunvericilik müzakirə edildi.

Avropa Parlamentinin üzvləri 2026-cı ildən etibarən boru kəməri və mayeləşdirilmiş təbii qaz idxalına mərhələli qadağa qoyulmasını nəzərdə tutan qanunu 500 lehinə və 120 əleyhinə səslə təsdiqlədilər.

Müvafiq olaraq, Aİ Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəməri qazı idxalını isə 30 sentyabr 2027-ci ilə qədər dayandıracaq.

aia.az
Tərcümə şöbəsi



Seçilən
106
2
aia.az

5Mənbələr