AZ

Erməni Kilsəsinin yepiskopları katolikosdan istefa tələb etdilər

Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Erməni Apostol Kilsəsinin yepiskopları katolikos Qaregini istefaya çağıran bəyanat veriblər. 

AzPost bildirir ki, bu barədə yepiskopların xalqa müraciətində deyilir.

Onlar xalqı 18 dekabr saat 17:00-da Eçmiədzində etiraz aksiyasına çağırıblar: “aAtıq təcili bir zərurətə çevrilmiş bütün ermənilərin katolikosu II Qareginin istefası üçün haqlı tələbimizə qoşulun”-deyə müraciətdə vurğulanır.

Müraciətdə bildirilir ki, son zamanlar Erməni Apostol Kilsəsi ətrafında baş verənlər artıq dövlətə və xalqa zərər vura biləcək ölümcül bir həddi keçib. “Bu narahatlıqlar Katolikos II Qareginin bu illər ərzində birtərəfli, özbaşına və natamam rəhbərliyini bir daha təsdiqləyir. Biz həm Ermənistanda, həm də diasporda yaşayan sadiq insanlarımızı vahid iradə nümayiş etdirməyə, bizə qoşulmağa və Erməni Kilsəsinin xarici maraqlar üçün istismar edilməsi cəhdlərini tamamilə rədd etməyə aparan bu dağıdıcı prosesə qarşı ədalətli etiraz səslərini qaldırmağa çağırırıq”.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
1
azpost.info

2Mənbələr