AZ

Almaniya kansleri Merts sərt tənqid olundu-“Ağlını itirib”

Almaniyada daxili siyasi müzakirələr daha da kəskinləşib. “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alisa Vaydel Almaniya kansleri Fridrix Mertsi Rusiya ilə mümkün hərbi qarşıdurma barədə səsləndirdiyi fikirlərə görə sərt tənqid edib.

AzPost-un məlumatına görə, Vaydel kanslerin bu cür açıqlamalarını “ağıl itkisi” kimi qiymətləndirib.

Müxalifət lideri bununla bağlı mövqeyini sosial şəbəkə X-də (keçmiş Twitter) paylaşıb. O bildirib ki, Fridrix Merts Qərb ölkələrinin silahlı qüvvələrinin Rusiya ordusu ilə Ukrayna ərazisində və ya mümkün təmas xəttində qarşı-qarşıya gələ biləcəyini dilə gətirməklə Almaniyanı son dərəcə təhlükəli ssenariyə sürükləyir. Vaydelin fikrincə, bu cür bəyanatlar Almaniya cəmiyyətində qorxu yaradır və ölkənin təhlükəsizlik maraqlarına ziddir.

Alisa Vaydel qeyd edib ki, Merts artıq Bundesverin Ukraynada Rusiya qüvvələrinə qarşı birbaşa döyüşlərdə iştirak etdiyini “təsəvvür etməyə başlayıb”. AfD lideri bunu Almaniya siyasətində məsuliyyətsizlik kimi dəyərləndirib və kanslerin reallıq hissini itirdiyini iddia edib. Onun sözlərinə görə, Almaniya hökumətinin əsas məqsədi müharibə ritorikasını gücləndirmək yox, diplomatik həll yollarını dəstəkləmək olmalıdır.

AzPost.az

Seçilən
99
1
azpost.info

2Mənbələr