AZ

Beşiktaş klubu 32 yaşlı futbolçunu satışa çıxardı: 15 milyon avro ver, aı!

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

"Beşiktaş" klubu bir aydan çoxdur müxtəlif bəhanələrlə komandada oynamaqdan yayınan portuqaliyalı futbolçu Rafa Silva ilə bağlı nəhayət, qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, özünü "naz"a çəkən 32 yaşlı fubolçu satışa çıxarılıb.

Bu barədə "Beşiktaş" klubunun prezidenti Serdal Adalı açıqlama verib: "Rafa Silvanın komanaakı vəziyyəti qeyri-müəyyəndir. Texniki heyətimiz onu izləyir. Oynamaq istəsə, oynayacaq. Bununla belə, ona 15 milyon avro dəyər kəsdik. O məbləği gözləyirik. Haqqı ödəyən, onu alır. Vaxtilə bu oyunçuya imza bonusu verilib. Bu məbləğ geri ödənilməlidir. Mən dedim ki, mövsümün ortalarına qədər oyna, sonra görərik. O, sonuncu dəfə vitse-prezident Murat Kılıçla danışdı.  Rafa Silva bir daha sonra görüşmək istəmədi. Bundan başqa, onunla heç bir ünsiyyətimiz olmayıb".

Fərid ASLAN

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
110
mia.az

1Mənbələr