ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yeni il ərəfəsində qiymət artımı qaçılmazdır və ehtimal ki, bu artım daha da yüksələcək. Çünki ətin bahalaşmasının əsas səbəbi başqa amillərlə deyil, ölkədə heyvandarlıq sahəsində yaranmış ciddi problemlərlə bağlıdır".Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, son illərdə iri buynuzlu mal-qaranın sayı təxminən 300 min, xırda buynuzlu heyvanların, yəni qoyun və keçilərin sayı isə 1,3 milyona yaxın azalıb:"Məhz bu amil ət qiymətlərinin artmasının əsas və həlledici səbəbidir. Bu vəziyyətdə başqa səbəblər axtarmağa ehtiyac yoxdur.
Hökumət elə tədbirlər görməlidir ki, bu azalma dayandırılsın, hətta artıma nail olunsun. Nə qədər ki, bu problem həllini tapmayacaq, ət qiymətlərində sabitlik mümkün olmayacaq".Qeyd edək ki, son günlər Bakıda ətin qiymətində bahalaşma müşahidə olunur. Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.