AZ

Üzr istəyirəm, “uje” dedim, cərimə 2000 manat oldu

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əməkdar artist Tahir İmanov aparıcıların cərimələnəcəyi ilə bağlı açıqlamaya ironik video ilə münasibət bildirib.

Ölkə.az xəbər verir ki, bu barədə video sosil şəbəkələrdə yayılıb.

“Televiziyada yeni cərimələr tətbiq olunub. Beleliklə, televiziya verilişində “ok” sözünü işlədən 500 manat cərimə olunacaq. “Vauu” sözünə görə 500 manat, “karoçi” sözünə görə də 500 manat cərimələnəcəksiniz. Mən “uje” 1500 manatlıq cərimə etdim. Üzr istəyirəm, “uje” dedim, cərimə 2000 manat oldu. Amma televiziyada ağzınıza gələni danışsanız, bayağı musiqi təbliğ etsəniz, heç bir cərimə olmayacaq”, - deyə T.İmanov qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, Şura verilişlərin monitorinqində süni intellektdən istifadə etməyə başlayıb. Nəticədə 3000 dəfəyə yaxın əcnəbi sözlər aparıcılar tərəfindən istifadə olunub. Məsələn, “ok” sözü 104 dəfə səsləndirilib. Şura "Dil haqqında" qanundan irəli gələrək 500 manatdan 1000 manata qədər cərimələr tətbiq edəcək.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
50
olke.az

10Mənbələr