AZ

35 ildən sonra Avropadan Bağdada ilk birbaşa uçuş həyata keçirildi

Onilliklərdən sonra Avropadan Bağdada ilk birbaşa kommersiya uçuşu reallaşıb. Yunanıstana məxsus sərnişin təyyarəsi Bağdad Beynəlxalq Hava Limanına enərək aviasiya tarixində mühüm hadisə kimi qeydə alınıb.

Editor.az xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumata görə, Yunanıstanın “Aegean Airlines” aviaşirkətinə məxsus təyyarə Bağdad Beynəlxalq Hava Limanına uğurla eniş edib.

Nazirlik qeyd edib ki, bu reys son 35 il ərzində Avropadan İraq paytaxtına həyata keçirilən ilk birbaşa kommersiya uçuşudur. Açıqlamada sözügedən hadisə “İraqın yenidən Avropa aviasiya xəritəsinə qayıdışının göstəricisi” və “ölkənin mülki aviasiya sektoru üçün yeni bərpa mərhələsinin başlanğıcı” kimi dəyərləndirilib.

Rəsmi şəxslərin fikrincə, bu addım İraqın beynəlxalq hava nəqliyyatı əlaqələrinin genişlənməsinə və ölkənin aviasiya infrastrukturlarının bərpasına mühüm töhfə verəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
94
editor.az

1Mənbələr