Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin tabeliyində “Naxçıvan Poçt və TelekommunikasiyaMərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Trend xəbərverir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birincimüavini Bəxtiyar Məmmədov fərman imzalayıb.
Sənədə əsasən, MMC “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti,“Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “NaxçıvanMuxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqişəxs birləşdirilməklə yaradılıb.