AZ

Superliqa klubunda istefa

“Antalyaspor” klubu baş məşqçisi ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, Erol Bulut istefaya göndərilib.

50 yaşlı mütəxəssis 10 oyunda komandanı meydana çıxarıb. “Antalyaspor” bu oyunların 3-də qalib gəlib, 2-də heç-heçə edib, 5-də isə məğlub olub.

“Antalyaspor” 15 xalla 15-ci yeri tutur.

Türkiyə mətbuatının yazdığına görə baş məşqçi postuna əsas namizəd Volkan Demireldir.

 

Seçilən
132
msport.az

1Mənbələr