Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bütün əməkdaşlarına maaşdan əlavə pul veriləcək.
“Yeni Sabah”ın xəbərinə görə, bu barədə ali məktəbin rektoru Rüfət Əzizov əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə ADNSU işçilərinin hər birinə 1000 manat ödəniləcək.
Telegram kanalımız