Bakı. Trend:
Azərbaycan və Belarus arasında əməkdaşlıq sənayekooperasiyasının dərinləşməsi hesabına aktiv şəkildəgenişlənir.
Trend xəbər verirki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitriy Pineviç 2025-ciilin yekunlarına dair mətbuat konfransında çıxışında deyib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda maşınqayırma vəsənaye yığımı sahələri xüsusi yer tutur.
“Gəncə Avtomobil Zavodunun bazasında sistemli işlər davametdirilir, zavodun fəaliyyətə başladığı dövrdən indiyədək 14 minbelarus traktoru yığılıb. Hazırda yanğın-xilasetmə və digər xüsusitexnikaların yığımı da həyata keçirilir”,- deyə səfir qeydedib.
Pineviç vurğulayıb ki, Azərbaycanda “Vertus” şirkətininBelarus-Azərbaycan birgə istehsalı olan 279 lift hazırlanıb vəhazırda müxtəlif mərhələlərdə olan digər layihələr də startgötürür.
Səfir, həmçinin Azərbaycanın əczaçılıq sənayesinin yüksəkinkişaf sürətinə diqqət çəkib
“Prezident İlham Əliyevin iştirakı ilə açılmış müəssisələr dədaxil olmaqla, əczaçılıq zavodlarına baş çəkmək imkanım olub.Mütəxəssis kimi qeyd edə bilərəm ki, istifadəyə verilmişmüəssisələrin texniki təchizatı olduqca yüksək səviyyədədir vənəticə etibarilə yeni Azərbaycan dərman preparatlarının, o cümlədənbelaruslu tərəfdaşlarla əməkdaşlıq çərçivəsində istehsal imkanlarıböyükdür”, — Pineviç deyib.