İsrailin baş naziri Benyamin Netanyahu, yəhudi-xristian sivilizasiyasının və ABŞ-ın mövcudluğunun yəhudi xalqının keçmiş uğurlarına borclu olduğunu iddia edib.
Publika.az xəbər verir ki, Netanyahu yəhudilərin Hanuka bayramının qeyd olunduğu Şərqi Qüdsdə çıxış edib.
O, Makkabilərin apardıqları müharibənin yəhudi-xristian ənənəsinin ortaq mübarizəsi olduğunu iddia edib:
"Əgər Makkabilər uğursuz olsaydılar, yəhudilik, yəhudi-xristian sivilizasiyası, ABŞ olmazdı" .