Əhalinin banklardakı əmanətlərinin həcmi son bir il ərzində 11,5 faiz və ya 1,64 milyard manat artaraq 15,91 milyard manata çatıb.
Media Təhlil Mərkəzindən (MTM) BAKU.WS-ə daxil olan məlumata görə, son beş ilin 1 noyabr tarixinə olan statistik göstəricilərinə əsasən, Azərbaycanda banklara yerləşdirilən əmanətlərin həcmində ardıcıl artım qeydə alınıb. Ümumilikdə, 2021–2025-ci illər dövründə əmanətlərin həcmi 7,02 milyard manat artıb.
2022-ci ildə əmanətlərin həcmi əvvəlki ilin 1 noyabr tarixi ilə müqayisədə 29,4 faiz və ya 2,61 milyard manat artaraq 11,5 milyard manat olub. Bu göstərici son beş ilin 1 noyabr tarixləri üzrə ən yüksək faiz artımı kimi qeydə alınıb.
2023-cü ilin 1 noyabr tarixinə banklara qoyulan əmanətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz və ya 1,06 milyard manat artaraq 12,56 milyard manata çatıb.
2024-cü ildə bu göstərici 13,5 faiz və ya 1,71 milyard manat artaraq 14,27 milyard manat olub. 2025-ci ilin 1 noyabr tarixinə isə əmanətlərin həcmi 11,5 faiz və ya 1,64 milyard manat artaraq 15,91 milyard manata yüksəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta