AZ

Ermənistan və Rusiya arasında ikitərəfli sənədlər imzalandı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ermənistan və Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclası haqqında protokolu, həmçinin bir sıra ikitərəfli sənədləri imzalayıb.

Globalinfo.az bildirir ki, sənədlər İrəvanda keçirilən Hökumətlərarası Komissiyanın iclasının yekununda imzalanıb.

Tərəflər iclasda iki ölkə arasında ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin bütün kompleksini müzakirə edib, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişafı üçün addımları müəyyən ediblər.

Ermənistan və Rusiya hökumətlərinin nümayəndələri energetika, sənaye, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsallaşma, səhiyyə, elm və təhsil sahələrində qarşılıqlı fəaliyyət barədə razılığa gəliblər.

Komissiyanın həmsədrləri Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
6
globalinfo.az

7Mənbələr