AZ

Gürcüstan Aİ-nin bu tövsiyələrini yerinə yetirmirmiş

Gürcüstan hakimiyyəti Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin saxlanması ilə bağlı tövsiyələrini yerinə yetirmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi tərəfindən dərc edilmiş Aİ Xarici İşlər Nazirləri Şurasının yekununda deyilir.

"Şura Gürcüstanın vizasız səyahətin dayandırılması mexanizmi ilə bağlı yeddinci hesabatın tövsiyələrini yerinə yetirməməsini təəssüflə qeyd edir və Gürcüstan hakimiyyətini bu tövsiyələri yerinə yetirməyə və dərhal viza liberallaşdırma meyarlarına cavab verməyə çağırır" - sənəddə deyilir

Brüssel həmçinin Gürcüstan hökumətini müxtəlif ittihamlarla saxlanılan müxalifət siyasətçilərini, fəallarını və jurnalistləri azad etməyə çağırır və onların hamısını əsassız olaraq həbsdə saxlanılan hesab edir.

Qeyd edək ki, 2024-cü ildə Avropa İttifaqı Gürcüstan hakimiyyətinə vizasız rejimin saxlanılması, o cümlədən vətəndaşların hüquqlarının və sərbəst toplaşmaq azadlığının qorunması ilə bağlı tövsiyələr göndərib. 

Aİ həmçinin LGBT təbliğatını qadağan edən qanun da daxil olmaqla, hüquq və azadlıqları pozan qanunların ləğvini tələb edir. 

Noyabr ayında Aİ Şurası üçüncü ölkələrlə vizasız səyahətin dayandırılması qaydalarını sərtləşdirdi. Vizasız səyahətin dayandırılması üçün yeni əsaslar Aİ-nin viza siyasəti tələblərinə əməl edilməməsi və ya insan hüquqlarının pozulmasını əhatə edə bilər.

Seçilən
54
1
operativmm.az

2Mənbələr