AZ

BƏƏ şirkəti Azərbaycanın aparıcı enerji ixracatçısı mövqeyinə dəstək verməyə hazırdır

Bakı. Trend:

Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) investisiya bölməsi olan"XRG" Azərbaycanın dünya üzrə aparıcı enerji resurslarıixracatçılarından biri kimi mövqeyinin möhkəmləndirilməsinə dəstəkgöstərməyə hazırdır.

Bu barədə Trend-insorğusuna cavab olaraq şirkətdən bildirilib.

“"XRG" Azərbaycanda və bütövlükdə Xəzər regionunda inkişafı,tərəfdaşlığa və əlavə dəyərin yaradılmasına əsaslanan yanaşma iləhəyata keçirir. Biz Xəzəri strateji enerji habı kimiqiymətləndiririk və burada mövcudluğumuzu genişləndirmək üçünəhəmiyyətli potensial görürük”, – deyə şirkətdə qeyd ediblər.

"XRG"də bu il Birləşmiş Ərəb Əmirliklərində keçirilən "ADIPEC"sərgisi çərçivəsində "ADNOC" şirkətinin beynəlxalq enerjiinvestisiya qolu olan "XRG" tərəfindən Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyindən “Cənub Qaz Dəhlizi” Qapalı SəhmdarCəmiyyətində pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayanƏsas Şərtlərlə bağlı Razılaşmanın imzalandığını xatırladıblar.

“Bu razılaşma Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındastrateji enerji münasibətlərinin inkişafında növbəti mühümmərhələdir. "SGC"nin aktivlərinə fəaliyyətdə olan qaz hasilatıobyektləri, həmçinin Xəzər regionunu Türkiyə vasitəsilə Avropanıncənubu ilə birləşdirən təxminən 3 500 km uzunluğunda boru kəmərlərişəbəkəsi daxildir. Razılaşma, eyni zamanda, Azərbaycanın etibarlıtərəfdaş kimi rolunu gücləndirməklə ölkənin iqtisadi artımına töhfəverə bilər. Bu cür imkanlar qaz hasilatının artırılmasına, ixracpotensialının gücləndirilməsinə və kritik əhəmiyyətli enerjiinfrastrukturunun optimallaşdırılmasına şərait yaradır. Bizimprioritetimiz dayanıqlı inkişaf və uzunmüddətli dəyərinyaradılmasını təmin etmək üçün sınaqdan çıxmış tərəfdaşlarla sıxəməkdaşlıqdır”, – deyə "XRG"də bildiriblər.

"XRG"-dən bildirilib ki, şirkətin Azərbaycandakı aktivlərinəSOCAR ilə “Abşeron” qaz-kondensat yatağında strateji tərəfdaşlıqdaxildir və "XRG" bu layihədə 30 faiz paya malikdir.

“Bundan əlavə, 2024-cü ilin may ayında SOCAR "ADNOC"danƏbu-Dabidəki SARB və Umm Lulu konsessiyalarında 3 faiz pay aldı."Abşeron" layihəsi üzrə tərəfdaşlıq göstərdi ki, ciddi maliyyəintizamının, texniki mükəmməlliyin və ümumi baxışın birləşməsi realnəticələr əldə etməyə imkan verir və biz bu modeli Azərbaycanda vəonun hüdudlarından kənarda gələcək layihələrdə tətbiq etməyiplanlaşdırırıq.

Belə ki, tərəflər bundan öncə SARB və Umm Lulu yataqlarındaiştirak payının SOCAR-a verilməsi, həmçinin "ADNOC" şirkətinə“Abşeron” qaz-kondensat yatağında iştirak payının satışına dairrazılıq əldə ediblər.

Bu tərəfdaşlıq uğurlu beynəlxalq əməkdaşlığın nümunəsidir və BƏƏilə Azərbaycan arasında dərin və uzunmüddətli əlaqələri əksetdirir. Nəticə etibarilə, məqsədimiz həm Azərbaycanda, həm dəbütövlükdə regionda enerji təhlükəsizliyinə, inkişafa vəinnovasiyalara töhfə verəcək etimada əsaslanan möhkəmtərəfdaşlıqlar qurmağa davam etməkdir”, – deyə "XRG"-dən qeydediblər.

"XRG" həmçinin Azərbaycanın enerji balansının şaxələndirilməsiistiqamətindəki səylərini tam dəstəklədiyini bildirib.

“Biz kapitalımızdan, texniki ekspertizamızdan və beynəlxalq ənyaxşı təcrübələrdən istifadə etməklə qaz, kimya sənayesi və yenienerji növləri sahələrində uzunmüddətli strateji tərəfdaş kimiçıxış etmək niyyətindəyik. Həm iqtisadi, həm də ekoloji dəyəryaradan təşəbbüslərin dəstəklənməsinə sadiqik. Azərbaycan "XRG"üçün mühüm strateji tərəfdaşdır və uzunmüddətli məqsədlərimizölkənin dayanıqlı inkişaf baxışı ilə sıx şəkildə uzlaşır. Biz uzunmüddət buradayıq – investisiya qoymaq, tərəfdaşlıqlar qurmaq vəAzərbaycanın aparıcı enerji resursları ixracatçısı kimimövqelərinin möhkəmləndirilməsinə töhfə vermək üçün”, – deyəşirkətdən bildirilib.

"XRG"də, həmçinin qeyd olunub ki, şirkət "ADNOC"un enerjisektorunda altmışillik qlobal təcrübəsinə əsaslanır və bu,tərəfdaşlara həm texniki imkanlar, həm də ölçülüb-biçilmişinvestisiya qərarları baxımından dəstək göstərməyə imkan verir.

“Bizim məqsədimiz enerji zəncirinin bütün mərhələləri üzrə – qazhasilatı və ixracının artırılmasından tutmuş daha səmərəli enerjisistemləri üçün əsasların yaradılmasına qədər – yeni dəyərmənbələrinin üzə çıxarılmasına töhfə verməkdir. Azərbaycan enerjihabı kimi mövqelərini gücləndirdikcə, "XRG" dayanıqlı, etibarlı vətransformasiyaedici inkişafın təmin edilməsinə yönəlmiş etibarlı vəfəal tərəfdaş olaraq qalacaq”, – deyə şirkətdə vurğulanıb.

Məqalədə:
Seçilən
104
2
az.trend.az

3Mənbələr