Bakı, 17 dekabr, AZƏRTAC
“Naxçıvan” komandası yeni basketbolçu transfer edib.
Klubdan AZƏRTAC-a bildirilib ki, “Sabah”da çıxış edən Emanuel Aqbasonla ikili lisenziya əsasında mövsümün sonuna qədər müqavilə bağlanılıb.
E. Aqbason Azərbaycan milli komandasının da üzvüdür.