AZ

Məktəbli 4-cü sinif şagirdinin gözünə qayçı ilə xəsarət YETİRDİ

Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb.

Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan 2016-cı il təvəllüdlü şagirdə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Seçilən
105
13
redaktor.az

10Mənbələr