AZ

Azərbaycan Qəzzaya dair Doha görüşünə qatılmadı

Qəzzada beynəlxalq qüvvələrə dair Dohada keçirilən toplantı nəticəsiz bitib.

"Yeni Sabah" Al-Arabiya-ya istinadla xəbər verir ki, ABŞ-nin gözləntilərinin əksinə olaraq, Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin formalaşmasının tədqiqinə həsr olunmuş görüş nə həlledici, nə də səmərəli olub.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) dəvəti ilə Qətər paytaxtında keçirilən tədbirdə bir sıra ölkənin iştirak etməməsi buna təsir göstərib.

“Haaretz” diplomatik mənbələrə istinadla Doha görüşündə 40-a yaxın ölkənin nümayəndəsinin iştirak etdiyini, lakin Azərbaycan Respublikası da daxil olmaqla, 15 ölkənin tədbirə qatılmadığını bildirib.

Qeyri-iştirakçılar arasında Türkiyə də var. Ankara İsrailin sabitləşdirmə qüvvələrində iştirakına kəskin etiraz etdiyi üçün konfransa ümumiyyətlə dəvət edilməyib.Türkiyə və Qətərin ABŞ-nin qərarını dəyişmək cəhdləri nəticəsiz qalıb.

Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov Qəzzada sülhməramlı qüvvələrin tərkində iştiraka dair siyasi qərarın olmadığını bildirmişdi.


Telegram kanalımız
Seçilən
168
yenisabah.az

1Mənbələr