AZ

“Milan”ın hücumçusu əməliyyat olunacaq

“Milan”ın hücumçusu Santyaqo Ximenes sağ topuğundan əməliyyat olunacaq.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı meksikalı son dəfə oktyabrın 28-də A Seriyasının 9-cu turunda “Atalanta” ilə görüşdə (1:1) meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Futbolçu müalicə alsa da, həkimlər əməliyyata qərar verib. Bərpa prosesi təxminən iki ay davam edəcək.

Ximenes 2025/26 mövsümündə bütün turnirlərdə 11 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
118
idmanxeber.az

1Mənbələr